Diaspor Komitəsindən Rusiyada yaşayan azərbaycanlılara MÜRACİƏT


Rusiya Prezidentinin 15 iyun 2021-ci il tarixli 364 nömrəli Fərmanına əsasən, xarici vətəndaşların ölkədə müvəqqəti qalma müddəti 2021-ci ilin 30 sentyabr tarixinədək uzadılıb.

Yeniavaz.com xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsi Rusiyada yaşayan azərbaycanlıların diqqətinə bir daha çatdırır ki, bununla əlaqədar olaraq, həmvətənlərimiz hüquqi vəziyyətlərini tənzimləmək üçün ən qısa müddət ərzində faktiki olduqları yerdə Rusiya Daxili İşlər Nazirliyinin ərazi orqanının miqrasiya məsələləri üzrə bölməsinə müraciət etməli, miqrasiya qeydiyyatından keçməli və ya müvafiq iş patentini əldə etməli, müddəti keçmiş sənədlərinin vaxtını uzatmalıdır.
Bildirilir ki, bunun üçün Rusiyada müvəqqəti qalmaq üçün müddətin uzadılması haqqında əsaslandırılmış ərizə və şəxsiyyəti təsdiq edən sənəd, həmçinin Rusiya Federasiyası ərazisində müvəqqəti qalma müddətinin uzadılması haqqında nişanın qoyulması məqsədi ilə miqrasiya kartı (olduğu təqdirdə) təqdim etməlidir.

Miqrasiya kartı itirildiyi və ya zədələndiyi təqdirdə, həmvətənlərmiz miqrasiya kartının dublikatını almaq üçün faktiki olduqları yerdə Rusiya Daxili İşlər Nazirliyinin ərazi orqanının miqrasiya məsələləri üzrə bölməsinə müraciət edərkən bu haqda məlumat verməlidir.

Qeyd edək ki, Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, hazırda Rusiya ərazisində hüquqi statusu tənzimlənməmiş 100 minə yaxın Azərbaycan vətəndaşı yaşayır.

DİGƏR XƏBƏRLƏR

Top