
Türkiyənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə verdiyi açıqlamasında Azərbaycana və azərbaycanlılara bu ölkədə baş verən yanğınlarda verilən dəstəyə görə təşəkkür edib.
Yeniavaz.com “Real TV”ə istinadla xəbər verir ki, nazir, FHN əməkdaşlarının bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirib:
“Bir neçə gündür Azərbaycanın Fövqəladə hallar nazirinin müavini ilə (Etibar Mirzəyev) birlikdəyik. Tez-tez yanğın ərazilərində də rastlaşırıq. Bədənləri, canları, ruhları ilə bu işin içindədirlər (FHN-in əməkdaşları nəzərdə tutulur). Ötən gün koordinasiya iclasında Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev dedi ki, yanan hər ağac Azərbaycanda yaşayan hər kəsin ciyərini yandırır. Yəni eyni duyğunu yaşayırıq”.