ABŞ-da qədim qəsəbə yanaraq kül oldu - VİDEO


ABŞ-ın Kaliforniya ştatında təxminən 3 həftədir davam edən yanğın qədim Qrinvil qəsəbəsini külə çevirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Kaliforniya Meşə və Yanğından Mühafizə Departamenti xəbər yayıb. Verilən məlumata görə, baş verən yanğın nəticəsində Qrinvil qəsəbəsində yerləşən evlər və müəssisələr tamamilə məhv olub.
Qeyd edək ki, ABŞ Milli İdarələrarası Yanğın Mərkəzi bu ilin əvvəlindən bəri ölkədə 37 mindən çox yanğın baş verdiyini və 3 milyon hektardan çox ərazinin kül olduğunu açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top