Moldovoda yeni hökumətin tərkibi müzakirə edilərkən binada işıqlar söndü - VİDEO


Moldova parlamenti yeni hökumətin tərkibini və görüləcək işləri müzakirə edərkən binada işıqlar kəsilib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Moldova parlamentində işıqların kəsilməsi səbəbilə müzakirələr dayandırılıb. Daha sonra həyəcan siqnalları çalmağa başlayıb. Jurnalistlər işıqsız olan parlament binasından çıxarılıb. Yeni hökumətin deputatları və üzvləri isə içəridə qalıblar. Texniki problemlər həll edildikdən sonra müzakirələr yenidən başlanılıb. 

 

DİGƏR XƏBƏRLƏR

Top