Azərbaycan bu il neftdən bir saniyədə 151 dollar pul qazanıb


Bu ilin ilk yarısında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) AÇG yatağından 2 milyard 354,1 milyon dollar gəlir əldə edib.
Yeniavaz.com
xəbər verir ki, bu il Neft Fondu gün ərzində orta hesabla neftdən 13 milyon dollar gəlir əldə edib. Nəticədə Fondun bir saatlıq gəliri 542 min dollar, bir dəqiqədə gəliri 9 min dollar, bir saniyəlik gəliri isə 151 dollar olub.
Onu da bildirək ki, Neft Fondunun Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər isə bu ilin ilk yarısında 70,98 milyon dollar olub. Bu isə o deməkdir ki, Fondun təbii qazdan əldə etdiyi gündəlik qazancı isə 392 min dollar təşkil edib.
Məlumat üçün qeyd edək ki, indiyə kimi Neft Fondunun neft-qaz satışından əldə etdiyi ümumi gəlir 155 milyard 497 milyon dollar olub.

DİGƏR XƏBƏRLƏR

Top