Türkiyədə yeni təhsil naziri təyin edildi


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yeni milli təhsil naziri təyin edib.
Yeniavaz.com Türkiyə KİV-inə istinadən xəbər verir ki, nazir Ziya Selçuk istefa verib. Onun ərizsəi qəbul edilib. Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Ziya Selçukun müavini professor Mahmut Özer yeni milli təhsil naziri təyin edilib. 
Qeyd edək ki, Mahmut Özer 2010-2017-ci illərdə Zonquldağ Bülent Ecevit Universitetinin rektoru olub. Son olaraq isə milli təhsil naziri Ziya Selçukun müavini vəzifəsinində çalışıb.

DİGƏR XƏBƏRLƏR

Top