Türkiyədəki dəhşətli qəzanın təfərrüatı açıqlandı – FOTOLAR + YENİLƏNİB


Manisa vilayətinin Soma rayonunda baş verən dəhşətli qəzada 6 nəfər hadisə yerində dünyasını dəyişib, 37 nəfər müxtəlif bədən xəsarətləri alıb.
Yeniavaz.com
“sözcü”yə istinadla xəbər verir ki, hadisə Türkiyə saatı ilə 04:45-də İstanbul-İzmir avtomobil yolunda baş verib. 3-ü heyət üzvü olmaqla 50 nəfərin səyahət etdiyi avtobus yol kənarında dayanmış yük avtomobilinə çırpılıb.
Hadisə yerinə cəlb olunmuş səhiyyə komandası xəsarət alanlara ilkin tibbi yardım göstərib və onların Balıkesir və Manisadakı səhiyyə ocaqlarına çatdırılmasını təmin ediblər.


***09:11

Türkiyənin Manisa vilayətində dəhşətli qəza baş verib.
Yeniavaz.com bu ölkənin mətbuatına istinadla xəbər verir ki, vilayətin Soma rayonunda avtobusla yük avtomobili toqquşub. İlk ehtimallara əsasən 9 nəfər ölüb, 30 nəfər yaralanıb.
Hadisə yerinə xeyli sayda təcili tibbi yardım avtomobilləri, xilasedicilər və hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Ölənlərin sayının artacağı istisna edilmir.

DİGƏR XƏBƏRLƏR

Top