Tokio-2020: Hacı Əliyev finala çıxdı - YENİLƏNİB

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

Yeniavaz.com xəbər verir ki, 65 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda hindistanlı Bacranq Puniya ilə üz-üzə gəlib.

Rəqibinə 11:5 hesabı ilə qalib gələn Hacıyev finala vəsiqə qazanıb və ən azı gümüş medalı təmin edib. O, qızıl medal uğrunda qarşılaşmada yaponiyalı Takuto Otoquro ilə qarşılaşacaq. Medal görüşləri sabah gerçəkləşəcək.

***08:35
Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

Yeniavaz.com xəbər verir ki, 65 kq-da çıxış edən idmançı 1/4 final mərhələsində qazaxıstanlı Daulet Niyazbekovla üz-üzə gəlib.

Rəqibinə 9:1 hesabı ilə qalib gələn Əliyev yarımfinala vəsiqə qazanıb. O, bu raundda hindistanlı Bacranq Puniya ilə güləşəcək.

Əliyev daha əvvəl seneqallı Adama Diattanı məğlubiyyətə uğradıb.

DİGƏR XƏBƏRLƏR

Top