"İlk dəqiqələrdən bizi söyürdülər" - Gündüz Abbaszadə


Xəbər verdiyimiz kimi AEL - “Qarabağ” matçının son dəqiqələrində gərgin anlar yaşanıb. 

Yeniavaz.com xəbər verir ki, “Qarabağ”ın mətbuat katibi Gündüz Abbaszadə baş.verən hadisə barədə danışıb: "İlk dəqiqələrdən bizi söyürdülər. Ehtiyat oyunçular skamyamızda oturanlara arxadan su atırdılar. Biz qol vurandan sonra Qurban Qurbanovu türk dilində söydülər. Çox pis söyüşlər idi. Qurban müəllimin üzərinə hücum etdilər. Hücum edən AEL-in mətbuat xidmətinin əməkdaşı idi. Kiprlilərin bir futbolçusu da ona qoşuldu. Oyun dayandı. İçəridə hakimə dedik ki, biz davam etməyə hazırıq".
G.Abbaszadənin sözlərinə görə, hadisə UEFA nümayəndəsinin gözləri qarşısında baş verib: "Ümid edirik, UEFA ədalətli qərarlar verəcək”.

DİGƏR XƏBƏRLƏR

Top