Qurban Qurbanov kiprli azarkeşin "davranış"ından danışdı - VİDEO


“İstəməzdik ki, oyunun sonunda belə hal yaşansın”.

Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının III təsnifat mərhələsində AEL-lə keçirilən səfər matçının son dəqiqələrində baş verən insident barədə danışarkən deyib.

Təcrübəli mütəxəssis kiprli azarkeşlərin təxribatçı hərəkətləri səbəbindən təxminən 10 dəqiqə dayandırılan matçda baş verən xoşagəlməz hadisəyə münasibət bildirib: “Hadisə ilə bağlı hansı qərarın verilməsinə UEFA baxacaq. Bu, onların üzərinə düşür. Amma belə hal nə rəqibin futbolçuları, məşqçiləri, nə də bizim üçün xoş haldır”.


//apa

 

DİGƏR XƏBƏRLƏR

Top