İran prezidentinin andiçməsində Paşinyanın etdiyi hərəkət bağışlanmaz səhv adlandırıldı


İranın yeni prezidenti İbrahim Rəisinin andiçmə mərasimində Ermənistanın baş naziri Nikol Paşinyanın etdiyi hərəkət gündəmə çevrilib.
Yeniavaz.com
“news.am”a istinadla xəbər verir ki, Paşinyan andiçmə mərasimində oturarkən tərcümə cihazlarını qulağından çıxarıb telefonu isə söndürüb. Beləcə o, çıxış edən İran rəsmilərini dinləməkdən imtina edib. Bu barədə Ermənistan parlamentinin sədrinin müavini Armen Aşotyan öz feysbuk səhifəsində məlumat yayıb. O bildirib ki, Paşinyanın bu hərəkəti açıq şəkildə qarşı tərəfə hörmətsizlik, İranda bağışlanmaz səhv kimi qarşılanacaq hadisədir.
 

DİGƏR XƏBƏRLƏR

Top