Bu şəxs şahmat üzrə Dünya Kubokunun qalibi oldu


Rusiyanın Soçi şəhərində keçirilən şahmat üzrə Dünya Kubokunun qalibi bəlli olub.

Polşa təmsilçisi Yan-Kşiştof Duda finalda rusiyalı Sergey Karyakinlə üz-üzə gəlib.

İlk görüşdə qrossmeysterlər xalları yarı bölüb - 0,5;0,5. İkinci qarşılaşmada isə Duda qalib gələn tərəf olub.

Üçüncü yer uğrunda dueldə Rusiyanın digər təmsilçisi Vladimir Fedosyev hər iki oyunda norveçli dünya çempionu Maqnus Karlsenə uduzub - 0:1;0:1. (report)

DİGƏR XƏBƏRLƏR

Top