Məktəbli qızlar üçün yeni layihə həyata keçirilib - FOTO


“Azərbaycan Qadını Elmdə” (Azerbaijani Women in Science) təşkilatı özünün “Mənim bacarıqlarım, mənim seçimim: Mən böyüyəndə kim olmaq istəyirəm?!“ adlı Azərbaycanda ilk dəfə məktəbli qızlar üçün konfrans layihəsini həyata keçirilib.
Yeniavaz.com
xəbər verir ki, Azərbaycan Gənc Müəllimlər Assosiyasının tərəfdaşlığı ilə həyata keçirilən layihə 5-11-ci siniflərdə təhsil alan qızlar üçün nəzərdə tutulub. Layihənin əsas məqsədi məktəbdə təhsil alan qızların elmə olan həvəs və maraqlarının artırılması, onların erkən yaşlardan artıq bir elmi məlumatı necə araşdırılması, təqdim edilməsi bacarıqlarının inkişaf etdirilməsi, eləcə də qızların məktəblərdən uzaq düşməsinin qarşısının alınmasıdır.
İyul ayı ərzində həyata keçirilən layihə iki turdan ibarət olub. Birinci turda şagirdlər “mənim ən sevimli fənnim” adlı inşa yazmaqla kifayətləniblər. İnşalar hər iki təşkilat tərəfindən təyin olunmuş münsiflər tərəfindən seçilib.
II turda öz təqdimatları ilə çıxış edən gənc xanımlar 6 kateqoriya üzrə mükafatlandırılıblar. Mükafat alanlar içərisində Mingəçevir 4 saylı məktəbin 8-ci sinif şagirdi Selcan Bəşirli birinci yerə layiq görülüb.
Qeyd edək ki, layihə Mingəçevir, Şirvan, Ağcabədi, Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar, Yevlax, Zərdab, Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı, Yardımlı rayonlarını eləcə də, Liman və Göytəpəni əhatə edib.

Esmira Hidayətova, Mingəçevir
 

DİGƏR XƏBƏRLƏR

Top