Jurnalistlərin binasından yıxılan qadınla bağlı AÇIQLAMA


Media əməkdaşı Bahar Məmmədova Jurnalistlər üçün tikilən 1-ci binanın 2-ci mərtəbəsində yerləşən mənzilinin eyvanından yıxılaraq ağır bədən xəsarətləri alıb. 
Yeniavaz.com
xəbər verir ki, hadisə haqda jurnalistin həmkarları sosial şəbəkələrdə yazıblar. Məlumatda bildirilir ki, jurnalistin əməliyyata ehtiyacı var. Zərərçəkən hadisədən sonra Travmatologiya Xəstəxanasına yerləşdirilib. İddiaya görə, orada ilkin yardım göstərildikdən sonra 3 saylı Şəhər Klinik Xəstəxanasına göndərilib. Yaxınlarının sözlərinə görə B. Məmmədovanın maddi vəziyyəti aşağı olduğuna görə xəstəxanaya göndəriblər. 
Bahar Məmmədovanın səhəti ilə bağlı TƏBİB-dən bildirilib ki, adıçəkilən şəxs 4 avqust tarixində ET Travmatologiya və Ortopediya İnstitutuna daxil olub: “Xəstəyə müştərək travma, qarın boşluğunun küt travması, 3-cü bel fəqərəsinin kompression sınığı, 1-ci və 4-cü fəqərə çıxıntılarının sınığı, hər iki said sümüklərinin tipik yerdən yerdəyişmiş sınığı, sağ baldır sümüklərinin aşağı 1/3 oynaqdaxili yerdəyişmiş sınığı, sol iç topuğun yerdəyişməyən kənari sınığı diaqnozu qoyulub.
ET Travmatologiya və Ortopediya İnstitutunda xəstənin hər iki said sümükləri ilkin olaraq repoziya, sağ baldır sümükləri "U" vari arxa gips langeti ilə fiksasiya edilib. Sol aşıq baldır oynağı sarğı olunub.
Xəstədə qarın boşluğunun küt travması və aşağı ətraflarda hissiyat pozğunluğu olduğu üçün 3 saylı Sabunçu Şəhər Xəstəxanasına təxliyyə edilib. Hazırda B. Məmmədova həkimlərin ciddi müşayiəti altındadır”.

DİGƏR XƏBƏRLƏR

Top