Rəisi İran prezidenti olaraq rəsmi şəkildə fəaliyyətə başladı


İranın yeni seçilən prezidenti İbrahim Rəisi and içib.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, andiçmə mərasimi vəzifəli şəxslərin və  yüksək rütbəli hərbçilərin iştirakı ilə baş tutub. İclasda prezident ona həvalə edilmiş öhdəlikləri yerinə yetirmək üçün bütün qabiliyyətlərindən istifadə edəcəyinə söz verib. 
Andiçmə mərasiminə dünyanın 70 -dən çox ölkəsindən 115 -ə yaxın nümayəndə qatılıb. 
Qeyd edək ki, Rəisi iyulun 18 -də keçirilən seçkilərdə 48.8 faiz səs topalayaq qalib gəlib.

 

DİGƏR XƏBƏRLƏR

Top