
Qara dənizdə keçirilən “Dive-2021” beynəlxalq hərbi təlimləri başlayıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, təlimlərdə Azərbaycanla birgə Ukrayna, ABŞ, Bolqarıstan, Rumıniya, və Gürcüstan hərbçiləri iştirak edirlər.
Təlimlərin əsas məqsədi çoxmillətli dalğıcların taktiki hərəkətlərini sinxronlaşdırmaq və müxtəlif ölkələrdən olan dalğıcların tapşırıqları birgə yerinə yetirmək bacarıqlarını inkişaf etdirməkdir.