
Türkiyədə şənbə günündən etibarən ölkədəki kəskin istilərin xeyli dərəcədə azalacağı və yağış yağacağı gözlənilir.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Meteorologiya xidmətinin Hava Proqnozlaşdırma mütəxəssisi Abdulla Məcit məlumat verib. O bildirib ki, şənbə günü Antalya, Adana və İspartada yağış yağacağı gözlənilir:
“Şənbə günü istilik xeyli dərəcədə azalacaq. Xüsusilə Antalya və ətraf bölgələrində şiddətli yağış yağacağı gözlənilir. Həftə sonu havanın temperaturu Antalyada 42 dərəcədən 32 dərəcəyə enəcək. Küləyin geri dönməsi ilə birlikdə temperaturun azalacağını və buna görə rütubətin artacağını da deyə bilərik”.
Qeyd edək ki, Türkiyədə iyulun 28-dən başlayan yanğınların 38 rayondan 180 yanğın nöqtəsi nəzarətə alınıb. Hazırda 5 rayonun 12 nöqtəsində yanğınla mübarizə davam edir.