Reyhan Camalovanın adı dünyaya faydalı 50 uşaq arasında - FOTOLAR


Azərbaycanlı ixtiraçı Reyhan Camalovanın adı dünyaya faydalı olan 50 uşaq haqqında yazılmış kitaba daxil edilib. 
Yeniavaz.com xəbər verir ki, bu haqda məlumatı Reyhan Camalova özünün feysbuk hesabında yazıb: “İnternetdə təsadüfən özüm haqqında yazılan bir yazı qarşıma çıxdı. Bu yazı dünya çapında ən ilhamverici və gördükləri işlərlə dünyaya faydalı olan və olmağa çalışan 50 uşaq haqqında yazılan kitaba daxil edilmiş hekayələrdən biri idi. Kitab mənə çox maraqlı gəldi və Amazondan bu kitabı sifariş verdim. Bu gün kitab mənə çatdı. Həqiqətən də, gözəl işlənmiş kitabdır və Azərbaycanın adının bu kitabda yer alması, dünya uşaqlarının ilhamlandırılmasına ünvanlanan bu kitabda mənim də adımın olması çox fərqli hislər yaşatdı mənə. İnanıram ki, gələcək illərdə görəcəyim işlərlə cəmiyyətə daha da faydalı olaraq mənə göstərilən bu etimadi doğruldacağam”.

DİGƏR XƏBƏRLƏR

Top