"Lotu Quli"nin adamı Laçın Məmmədovu güllələdi – ANBAAN VİDEO


Avqust ayının 3-də Ukraynanın Odessa şəhərində azərbaycanlı iş adamı Laçın Məmmədov güllələnib.
Yeniavaz.com
“Kanal 7”ə istinadla xəbər verir ki, Odessa polisi ilkin açıqlamasında qətli törədənin cinayətkar qruplaşmanın üzvü, Gürcüstan əsilli Elmuraz Məmmədov olduğunu bildirib. Artıq qatilə bu işdə kömək edən bir nəfə saxlanılıb. Qatilin özü və qətlin sifarişçisi isə axtarılır.
“Novosti Odessa” telegram kanalı, L. Məmmədovun cinayətkar qruplaşmalardan birinin rəhbəri ilə aralarında yaranmış münaqişəyə görə qətlə yetirildiyini iddia edib. Mətbuat orqanı sözügedən şəxsin öldürülmüş qanuni oğru "Quli"nin adamlarından biri olduğunu bildirib.
Cinayət anı təhlükəsizlik kameraları tərəfindən anbaan lentə alınıb və qısa müddətdə sosial şəbəkələrdə yayılıb.
Həmin kadrları təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top