Dövlət Avtomobil Nəqliyyatı Xidmətində yeni təyinat

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə (DANX) yeni müavin təyin edilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə DANX-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat yayıb. Onun sözlərinə görə, həmin şəxs Anar Rzayevdir.

Qeyd edək ki, A. Rzayev 1973-cü ildə Bakı şəhərində anadan olub.

O, 2018-ci ildən UNEC-in Tədris və təlim texnologiyaları üzrə prorektoru vəzifəsinə təyin olunub. Buna qədər müxtəlif nəqliyyat şirkətlərində rəhbər vəzifələrdə çalışıb.
O, 2020-ci ildə isə ölkə prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

DİGƏR XƏBƏRLƏR

Top