Tokio-2020-də güləşçilərimizin rəqibləri məlum oldu


Tokio-2020 Yay Olimpiya oyunlarında güləşçilərimizin rəqibləri məlum olub. 

Yeniavaz.com xəbər verir ki, qadın güləşçimiz Mariya Stadnik, sərbəst güləşçilər Hacı Əliyev və Şərif Şərifovun ilk rəqibləri bilinib. Təmsilçilərimiz yarışlara 1/8 final mərhələsindən başlayacaqlar.
Mariya Stadnik 50 kq çəki dərcəsində rusiyalı Stalvira Orşuşala üz-üzə gələcək. 65 kq-da mübarizə aparan Əliyev seneqallı Adama Diatta ilə, 97 kq çəkidəki Şərifov isə Rusiya Olimpiya Komitəsini təmsil edən Abdulrəşid Sadullayevlə qarşılaşacaq.
Qeyd edək ki, hər 3 güləşçi yarışa avqustun 6-da qoşulacaq.

DİGƏR XƏBƏRLƏR

Top