Yanğınların çatdığı İES-də partlayışlar meydana gəlib – Kütləvi zəhərlənmələr ola bilər – VİDEO


Xəbər verdiyimiz kimi Türkiyənin Muğla vilayətində davam edən meşə yanğınları Milas rayonunda Kemerköy İstilik Elektrik Stansiyasına çatıb.
Yeniavaz.com
"Sözcü"yə istinadla xəbər verir ki, yanğının çatdığı İES-də ​​partlayışlar meydana gəlib, 8 məhəllənin sakinləri ərazidən təxliyyə edilib. Subbitominoz kömür və ya qəhvəyi kömürün yanması ilə istiliyin təmin olunduğu İES-də yanğının baş verməsinin kütləvi dəm qazı (karbonmonoksid) zəhərlənmələrinə səbəb ola biləcəyi bildirilib, buna görə əhaliyə xəbərdarlıqlar edilib.
Qeyd olunur ki, İES-in anbarlarında tonlarla qəhvəyi kömür var.

DİGƏR XƏBƏRLƏR

Top