Bakıda bəzi yollarda çox güclü sıxlıq var - SİYAHI


Bakının bir çox küçə və prospektlərində sıxlıq var.

Yeniavaz.com xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, Bakı - Sumqayıt şosesi - Xırdalan dairəsinin tam yanından başlayaraq, bütün şose boyunca, 20 Yanvar dairəsi adlanan istiqamətdə çox güclü sıxlıq müşahidə olunur.

Eyni zamanda Mikayıl Əliyev küçəsi - (Heydər Əliyev prospekti – köməkçi yol istiqamətində),

Yavər Əliyev küçəsi - (aeroport şosesinə çıxan yol),
Zabrat şosesi - (Zabrat dairəsi istiqamətindən, əsasən Sabunçu rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra, Heydər Əliyev prospekti istiqamətində),
Binəqədi şosesi – (əsasən, Biləcəri - Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində),
Ziya Bünyadov prospekti – əsas yol (Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq - əsas yolda,
20 Yanvar dairəsi istiqaməti üzrə sıxlıq müşahidə olunur.

DİGƏR XƏBƏRLƏR

Top