1 ədəd amfibiya təyyarəsi və 150 yanğınsöndürən bu gün Türkiyəyə yola düşür


Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti – 3-cü qrupu avqustun 5-də səhər saatlarında Türkiyəyə yola düşəcək.

FHN-dən Yeniavaz.com-a verilən məlumata görə, yanğın-xilasetmə qrupuna 40 ədəd yanğınsöndürmə texnikası, 1 ədəd "BE-200ÇS" tipli amfibiya təyyarəsi və 150 nəfər yanğınsöndürən daxildir.

DİGƏR XƏBƏRLƏR

Top