Olimpiadanı qalmaqalla tərk edən azərbaycanlı idmançı məğlubiyyətindən yazdı – FOTO

Fransanı təmsil edən azərbaycanlı boksçu Murad Əliyev Tokio Olimpiadasında başına gələnlərdən yazıb.

O, “Facebook” səhifəsində ad gününün ertəsi çıxdığı döyüşdə aldığı texniki məğlubiyyətini ömrünün ən pis hədiyyəsi adlandırıb. Boksçu ən az bürünc medala ümid etdiyi halda, hakimlərin onun medalını oğurladıqlarını bildirib.

Bununla belə, idmançı ruhdan düşmədiyini də vurğulayıb.

“Heç nə itirilməyib. Bilirsinizmi niyə? Çünki mən fransa xalqından və azərbaycanlılardan çox sayda dəstək mesajları alıram”, - boksçu qeyd edib.

Xatırladaq ki, M.Əliyev 91 kq-dan yuxarı çəki dərəcəsindəki 1/4 final mərhələsində Tokio Yay Olimpiya Oyunlarını qalmaqalla tərk edib.

Döyüş zamanı amerikalı hakim hesab edib ki, M.Əliyev döyüş vaxtı Böyük Britaniya təmsilçisi Freyzer Klarka kəllə atıb və nəticədə rəqibinin başından qan açılıb. Bu səbəbdən, Fransa təmsilçisi cəzalandırılaraq, məğlub elan edilib.

Lakin Əliyev rinqi tərk etməkdən imtina edib və nümayişkəranə hərəkətlərə əl atıb. O, narazılıq bildirib, söyüş söyüb və qeyri-etik jestlər göstərib.


//oxu.az

DİGƏR XƏBƏRLƏR

Top