“Vakant yerlərin sayı 9 min vahidə qədər artacaq” - Nazir


“Son 3 ildə 27 min 197 nəfər müəllim müəllimlərin işə qəbulu müsabiqəsi vasitəsilə işə qəbul olunub”. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev nazirliyin feysbuk səhifəsində 2021-2022-ci tədris ili üzrə keçirilmiş müəllimlərin işə qəbulu imtahanları ilə bağlı sualları cavablandırarkən deyib. 
O qeyd edib ki, bu il ölkə üzrə ilkin vakant yerlərin sayı 7,718 nəfər təşkil edir. Bu rəqəmin təxminən 9 min vahidə qədər artması gözlənilir. 
“Hər il təxminən 3 min vakant yer təkrarlanır. Ya bu yerlərə müəllimlər müqavilə ilə götürülür və ya ucqar yerlərdə olduğu üçün müəllimlər o yerləri seçmirlər. 
Nazir həmçinin qeyd edib ki, builki müsabiqədə Sumqayıt , Bakı və Abşeronda 1055 vakant yer ayrılıb”.

DİGƏR XƏBƏRLƏR

Top