Füzulidə ağır qəza - Ölən və yaralananlar var


Füzuli rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisə baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, rayonun Araz Dilağarda kəndi ərazisində rayon sakini Ş.Quliyevin idarə etdiyi “Mercedes-Benz” və S.Əsədovun idarə etdiyi VAZ-2107 markalı avtomobillər toqquşub.

Qəza nəticəsində hər iki sürücü və onların üç sərnişini xəstəxanaya yerləşdirilib, sərnişinlərdən Cəsur Əsədov avqustun 3-də yerləşdirildiyi tibb müəssisəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top