
Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən daha bir general vəzifəsindən kənarlaşdırılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə "news.am" məlumat yayıb. Bildirilib ki, Paşinyanı erməni xalqının ən böyük düşməni adlandıran general Valerik Köçəryan işdən çıxarılıb.
Qeyd edək ki, bir neçə ay əvvəl Ermənistanda ordunun bir çox yüksək rütbəli generalı birgə bəyanat yayaraq Paşinyanın istefasını tələb etmişdi.