“Lənkəranda kol-kos və qismən ağaclar yanıb” - FHN


Fövqəladə Hallar Nazirliyi (FHN) Lənkəranda meşəlik ərazidə baş verən yanğın barədə məlumat yayıb.

Yeniavaz.com FHN-in saytına istinadən xəbər verir ki, avqustun 3-də Lənkəran rayonu, Moloja kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə meşə zolağında baş verən yanğın söndürülüb. Yanğın zamanı 10 ha sahədə kol-kos, quru ağaclar və qismən ağaclar yanıb.
Yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin şəxsi heyəti (mürəkkəb relyefli dağlıq ərazi olduğu üçün əsasən əl
əməyindən istifadə olunub) və Aviasiya dəstəsinin helikopteri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli sakinlər tərəfindən söndürülüb.
Meşə zolağının qalan hissəsi yanğından mühafizə olunub.

DİGƏR XƏBƏRLƏR

Top