Rafael Ağayevin olimpiadadakı rəqibləri məlum oldu


Tokio-2020 Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edəcək Rafael Ağayevin rəqibi məlum olub.

Yeniavaz.com xəbər verir ki, karateçimiz 75 kq çəki dərəcəsində çıxış edəcək. Onun rəqibləri B qrupunda Luici Busa (İtaliya), Noa Biç (Almaniya), Çuneari Yahiro (Avstraliya) və Nurkanat Ajiqanovla (Qazaxıstan) olacaq.
İlk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, bürünc medalı da təmin edəcək.
Qeyd edək ki, Rafael Ağayev avqustun 7-də mübarizə aparacaq.

DİGƏR XƏBƏRLƏR

Top