Ermənilər Qubadlı rayonuna daxil olmadan hərəkət edəcəklər – FOTO


Ermənistan hökuməti 68 kilometrlik yeni Gorus-Qafan yolunun bu ilin sonuna qədər istismara veriləcəyini bildiriblər.
Yeniavaz.com
“Sputnik Armenia”ya istinadla xəbər verir ki, 68 kilometrlik yolun 43 kilometri tam bərpa olunacaq. Bunun üçün Ermənistanın 5,7 milyon dollar vəsait ayırdığı bildirilib. Bəhs edilən yolun bu ilin sonuna qədər tam istifadəyə veriləcəyi vurğulanıb.
Qeyd edək ki, hazırda ermənilərin istifadə etdiyi Gorus-Qafan yolunun 3,6 kilometri Qubadlı rayonunun ərazisindən (Eyvazlı kəndi) keçir. Yeni çəkilən yolla ermənilər Azərbaycan ərazisinə daxil olmadan hərəkət edəcəklər.

DİGƏR XƏBƏRLƏR

Top