
Naməlum şəxs əlində qumbara ilə Ukrayna hökumət binasına daxil olaraq insanları təhdid etməyə başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə "Ukrayna-24" telekanalı məlumat yayıb. Silahı şəxs binanı ələ keçirdiyini, özünün isə oradan sağ çıxmayacağını dilə gətirib.
Verilən məlumatlara görə, bütün işçilər binadan təxliyə edilib.
Bina hazırda mühasirəyə alınıb, hadisə yerinə xüsusi təyinatlılar yeridilib.