Etibar Mirzəyev FHN-çilərlə görüşüb əməliyyat göstərişləri verdi - VİDEO


Xəbər verdiyimiz kimi, FHN-in ikinci qrupu təyinat məntəqəsinə doğru irəliləyərkən Dənizli bölgəsində meşədə qəfil yanğın ocaqlarının yaranması və ətraf ərazilər üçün ciddi təhlükə törətməsi müşahidə edilib. Bu səbəbdən dərhal qrupun hərəkət istiqamətinin dəyişdirilərək operativ qaydada Dənizli istiqamətinə yönəldilməsi qərara alınıb.

Yeniavaz.com Axar.az-a istinadən xəbər verir ki,  Dənizlidə yaranmış yanğın ocaqlarına çevik müdaxilə edən yanğın-xilasetmə qrupumuz hazırda həmin ərazidə yanğınların söndürülməsi əməliyyatlarını icra edib.
Ərazidə qüvvələrin fəaliyyətinin koordinasiya edilməsi və qarşılıqlı əlaqənin təmin edilməsi məqsədilə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hazırda Dənizlidədir.
E. Mirzəyev FHN-çilərin digər qrupu ilə görüşüb, əməliyyat göstərişlərini verib.
Bundan əlavə, Dənizli şəhərində olan Etibar Mirzəyev burada yerləşən Ortaq Böhran Mərkəzində Türkiyə tərəfi ilə ilkin dəyərləndirmələri aparıb.

DİGƏR XƏBƏRLƏR

Top