Yunanıstanda 300-dən çox insan meşə yanğınlarından xilas edildi


Yunan yanğınsöndürənləri Afinanın şimalındakı Varibobi ətrafındakı güclü meşə yanğınlarından 300-dən çox vətəndaşı xilas edib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Yunanıstanın vətəndaşların müdafiəsi nazirinin müavini Nikos Hardalias keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, yanğınsöndürmə briqadaları bütün gecə işləyərək Afinanın şimalındakı Varibobi, Adames və Frakomakedones yaşayış məntəqələri yaxınlığında yanğınla mübarizə aparıblar. 
Qeyd edək ki, Yunanıstanda son 40 ilin ən güclü istilik dalğaları müşahidə olunub. Bu səbəblə ölkənin müxtəlif bölgələrinə yayılan yanğınlarla mübarizə olduqca çətinləşib.

DİGƏR XƏBƏRLƏR

Top