Antalyada Mingəçevir şəhidlərinin xatirəsinə ağac əkiblər - FOTO


II Qarabağ müharibəsində canından keçən mingəçevirli şəhidlərin xatirəsniə Türkiyənin Antalya şəhərində 51 ağac əkilib.  
Yeniavaz.com xəbər verir ki, bu addım Bərdə Regional Mədəniyyət İdarəsi Mingəçevir şəhər Nümayəndəliyi Üzeyir Hacıbəyli adına 11 illik Musiqi Məktəbi kollektivinin təşəbbüsü ilə gerçəkləşib. Kollektiv meşə yanğınlarından əziyyət çəkən türkiyəli qardaşlarımıza dəstək məqsədilə bir ilkə imza atıb. Onlar Türkiyənin Ormanlar Bakanlığının hesabına topladıqları pul məbləğini köçürərək meşələrin bərpasına dəstək nümayiş etdirib. Həmin vəsaitə Vətən müharibəsində şəhid olan mingəçevirli döyüşçülərin xatirəsini əziz tutaraq Antalya şəhərində yanmış meşə zolağında 51 ədəd ağac əkilməsi üçün vəsait köçürüblər. Təşəbbüs qardaş ölkədə məmnuniyyətlə qarşılanıb.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top