Azərbaycanın 1-ci ordu korpusunun komandiri general-mayor Hikmət Həsənov Azərbaycan Ali Hərbi Məktəbinin rəhbəri general-leytenant Heydər Piriyevə müavin təyin edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Sfera.az məlumat yayıb. Xəbərdə deyilir ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə general Hikmət Həsənov bundan əvvəl tutduğu vəzifəsindən azad olunub.
Qeyd edək ki, 2014-cü ilin iyun ayında Heydər Kamal oğlu Piriyevə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə növbəti general-leytenant ali hərbi rütbəsi verilmiş və o, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi təyin edilmişdir. Hazırda general-leytenant Heydər Kamal oğlu Piriyev həmin vəzifədə xidmət edir.