Hirkan Milli Parkı ilə sərhəddə yanğın başlayıb


Lənkəran rayonunun Osaküçə meşəbəyliyinin ərazisində, Hirkan Milli Parkı ilə sərhəddə yanğın hadisəsi baş verib.

Yeniavaz.com xəbər verir ki, hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional qurumlarının, Fövqəladə Hallar Nazirliyinin Regional Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər görülür.

DİGƏR XƏBƏRLƏR

Top