Ərdoğan İlham Əliyevə təşəkkür etdi


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ərdoğanın tvitter səhifəsində qeyd olunub: "Meşə yanğınları ilə mübarizəmizə dəstək olan, yardım göndərən bütün dost ölkələrə və təşkilatlara millətim adından təşəkkür edirəm. İnşallah, bu çətin prosesi ən qısa zamanda keçəcəyik. İlk andan etibarən göstərdikləri dəstəyə görə Azərbaycan Prezidentinə, əziz dostum İlham Əliyevə, Rusiya Prezidenti Vladimir Putinə və İspaniyanın Baş naziri Pedro Sançesə ölkəm adından təşəkkürümü bildirirəm”.

DİGƏR XƏBƏRLƏR

Top