![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2021/8/3/1/514d8b48-0265-45bc-9029-6ad502bd4e7f/hiperses-raket-rusiya.jpg)
Rusiya Federasiyasının Aerokosmik Qüvvələri üçün yeni hipersəsli uzun mənzilli X-95 raketi hazırlanır.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasının rəisi general-polkovnik Vladimir Zarudnitski "Hərbi Düşüncə" jurnalında yazdığı məqaləsində bildirilib. Generalın sözlərinə görə, X-95 hipersəs raketi modernləşdirilmiş texnologiya ilə təzchiz edilib. Quru və dəniz qoşunlarında uğurlu döyüş əməliyyatları aparmaq üçün lazım olan vacib xüsusiyyətlərin yeni hipersəs raketində olacağı vurğulanıb.