
ABŞ ordusu geniş miqyaslı dəniz təlimlərinə başlayır
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, 2 həftə davam edəcək təlimlərə 5 dəniz birliyi, 3 ekspedisiya dəstəsi, 36 gəmi iştirak edəcək. Verilən məlumatlara görə, təlimlərlə ABŞ ordusunun Qara dəniz, Aralıq dənizi, Cənubi Çin və Şərqi Çin dənizləri də daxil olmaqla, okeanların uzaq bölgələrində çətin şəraitdə mübarizə aparmaq qabiliyyətini artırmaq hədəflənib.