
İngiltərənin baş naziri Boris Conson Londonda Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya ilə görüşüb.
Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, Conson görüş zamanı Tixanovskayaya dəstək verdiklərini bildirib:
“Açıq şəkildə sizin tərəfinizdəyik. Etdiyiniz işi fəal şəkildə dəstəkləyirik. Sizi burada görməkdən şadıq".
Qeyd edək ki, Tixanovskaya sonuncu dəfə bir neçə həftə qabaq ABŞ prezidenti Co Baydenlə görüşmüşdü.