Ruhani: "Ya dünya ilə müharibə etməli, ya da barışmalı idik"


"Mən vəzifəyə başlayanda qarşımızda iki yol var idi, ya dünya ilə müharibə etməli, ya da barışmalı idik. Çarə diplomatiya və danışıqlar oldu. Danışıqlar müharibənin qarşısını aldı".

Yeniavaz.com xəbər verir ki, bu ifadələri İran prezidenti Həsən Ruhani İran dövlət televiziyasına prezident kimi verdiyi son müsahibəsi vaxtı səsləndirib. Ruhani müsahibə vaxtı Fransanın keçmiş prezidenti Fransua Ollandın Paris səfəri zamanı ona "5+1" ölkələrinin İrana qarşı qəti müharibə etmək qərarı olduğunu, ancaq Ruhaninin hakimiyyətə gəlməsilə bu fikirdən daşındıqlarını bildirib.
O, hazırda ABŞ-la da sülh yolu ilə hər şeyi qaydasına qoymağa çalışdıqlarını da qeyd edib.
Ruhani İran parlamenti tərəfindən "Sanksiyaların qaldırılması və İran millətinin mənafelərinin qorunması üçün Strateji Fəaliyyət Planı" adı altında qüvvəyə minən qanunun danışıqlarda razılaşmanı əngəllədiyini vurğulayıb. Onun sözlərinə görə, yeni hökumət bu istiqamətdə irəliləyərsə, nəticə əldə edə bilməyəcəklərini diqqətə çatdırıb.

DİGƏR XƏBƏRLƏR

Top