Goranboyda dana sahibinə xəsarət yetirdi


Goranboyda dana sahibini sürüyərək çoxsaylı xəsarət yetirib.

Yeniavaz.com xəbər verir ki, hadisə rayonun Şahməmmədli kəndində yerləşən kəsim məntəqələrindən birində baş verib. İribuynuzlu heyvanı kəsdirmək üçün məntəqəyə gətirən 65 yaşlı kənd sakini Rasim Quliyev heyvanın hücumuna məruz qalıb. Dana onu sürüyərək çoxsaylı bədən xəsarətləri yetirib. Zərərçəkən xəstəxanaya yerləşdirilib.

Esmira Hidayətova, Goranboy

DİGƏR XƏBƏRLƏR

Top