"New York Times" işçilərinə COVID-19-un mənşəyini araşdırmağı qadağan etdi - KİV


ABŞ-ın "The New York Times" qəzetinin baş redaktorunun öz işçilərinə koronavirusun mənşəyini araşdırmağı qadağan etdiyi iddia edilir.
Yeniavaz.com
"TASS"a istinadən xəbər verir ki, bu barədə İngiltərənin "The Spectator" jurnalı məlumat yayıb. Xəbərdə deyilir ki, qəzetin bir işçisi bu barədə araşdırma aparmaq istəsə də, rəhbərlik tərəfindən ona müdaxilə olunub:
"2020-ci ilin əvvəlində qəzetin baş redaktorundan COVID-19-un mənşəyini araşdırmasını xahiş etdim. Mənə koronavirusun mənşəyi ilə bağlı bir məqalə dərc etməyin təhlükəli olduğunu söylədi. Koronavirusun süni şəkildə hazırlandığını və ya təsadüfən laboratoriyadan sızdığını göstərə biləcək hər hansı bir məlumatın olmadığını bildirdi. "The New York Times" virusun mənşəyini öyrənmək üçün edilən bütün cəhdlərin qarşısını aldı".
Qeyd edək ki, 15 iyulda ÜST baş direktoru Teodor Adanom Qebreyesus təşkilatın SARS-CoV-2 koronavirusunun mənşəyini araşdırmanın ikinci mərhələsinə hazırlaşdıqlarını söyləyib. O birinci mərhələdə müəyyən problemlərlə üzləşdiklərini və onlardan birinin məlumatlara, xüsusən də pandemiyanın başlaması ilə bağlı məlumatları əldə etməkdə çətinlik çəkdiklərini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top