"Azərbaycanda polkovnik intihar etdi" - SƏBƏB


Azərbaycan ordusunun zabiti intihar edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalist Səxavət Məmməd məlumat yayıb. Jurnalist bildirib ki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun rabitə rəisi polkovnik Seyidov İlham xidməti otağında intihar edib: "Əldə etdiyim məlumata görə, polkovnik İlham Seyidov ordudan tərxis olumaq üçün raport yazıb. Ancaq onu tərxis etməyiblər. Polkovnik İlham Seyidov məhkəməyə mürciət edib. Ondan sonra onun 13-14-cü maaşını kəsib, yoxlama keçirib, cərimə yazıblar. Məhkəmə isə polkovnik İlham Seyidovun xeyrinə qərar vermədiyi üçün intihar edib.
Polkovnik Seyidov İlham Zərdab rayonunda dəfn edilib. Zərdab rayonundan əldə etdiyim məlumata görə, ailəyə ürək tutmasından rəhmətə getdiyi deyilib, ancaq tabutun açılmasına icazə verilməyib.
Buna dur demək lazımdır. Əgər zabitlərə, hərbçilərə qarşı bu cür davranışlar davam edəcəksə, Azərbaycan ordusu çox zabitini itirəcək. İtirmək ölmək anlamını daşımır. Ordudan tərxis olmalar artacaq. Dövlətin başqa qurumları ordu içərisində şəffaf sorğular keçirməlidir".

***

Yeniavaz.com-a daxil olan məlumata görə, polkovnik İlham Seyidovun 4 gün əvvəl intihar etdiyi bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top