Kim Çen Inın başının arxasındakı bu iz yeni iddialara səbəb oldu – FOTO


Uzun müddətdir səhhətində problemlər olduğu iddia edilən Şimali Koreya lideri Kim Çen Inın yeni fotosu gündəm olub.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Kim Çen Inın yeni görüntüləri onun barəsində yeni iddiaların ortaya çıxmasına səbəb olub. Belə ki, fotoda Şimali Koreya liderinin başının arxasında yara bandı diqqət çəkib. Bandın çıxarıldığı başqa bir fotoda isə Kim Çenin başında yaşıl rəngdə iz görüntülənib. Bəzi mənbələr həmin fotolara əsasən Şimali Koreya liderinin başının müəyyən hissəsinin çürüdüyünü iddia edib.
Qeyd edək ki, artıq bir müddətdir, Kim Çen Inın səhhətində problemlərin olması ilə bağlı iddialar yayılıb. Onun xüsusilə son görüntülərində çəki itirməsi xəstəliyin olması iddialarını gücləndirib.

DİGƏR XƏBƏRLƏR

Top