"Biz parlamentin şərəfini qorumalıyıq" - Deputat


“Komissiyanın 11 üvü buna müsbət rəy verib. Bu, parlament üçün çox böyük ləkə oldu. Biz parlamentin şərəfini qorumalıyıq”.
Yeniavaz.com
"qafqazinfo"ya istinadla xəbər verir ki, bunu parlamentin İntizam Komissiyasının sədri Eldar İbrahimov Milli Məclisin iclasında Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi məsələsinin müzakirəsi zamanı deyib.
İyulun 29-da saat 01:00 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisin deputatı Eldəniz Səlimov xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşına zor tətbiq edib.
Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.
Toplanan material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

DİGƏR XƏBƏRLƏR

Top