Bodrum və Muğladakı meşə yanğınlarının peyk görüntüləri – SON VƏZİYYƏT


Türkiyədə günlərdir davam edən meşə yanğınlarının miqyası təqdim olunan peyk görüntüləri vasitəsilə ortaya çıxıb.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, həmin görüntülər Avropa İttifaqının "Copernicus Sentinel-2" adlı peyk vasitəsi ilə qeydə alınıb.  Görüntüdə Bodrum və Muğla meşələrindəki yanğın fəlakəti təqdim olunub. Fotoda yanğın yerləri qəhvəyi rəngə boyanıb.
Qeyd edək ki, Türkiyədə meşə yanğınları Muğla, Aydın, Mersin, Antalya, Adana, Kayseri, Osmaniye, Kilis  şəhərlərində qeydə alınıb. Ölkədə 6 gün ərzində 150 yanğın ocağı müşahidə olunub. Onlardan 141-i nəzarət altına alınıb. 9 yanğınla mübarizə davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top