Türkiyədə meşə yanğınları: Bu görüntü gündəmə damğa vurdu – VİDEO


Türkiyədə yanan meşənin içərisindən çıxan vətəndaşın canlı yayıma yansıyan görüntüləri gündəmə çevrilib.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyə televiziyalarından biri Marmarisdə meşə yanğınlarını canlı yayımlayarkən alovların içərisindən vətəndaşlardan birinin yaralı halda yeriyərək çıxdığı görülüb. Ölümdən son anda qurtulan şəxsi görən digər vətəndaşlar ona ilk yardım göstəriblər. Alovlardan xilas olan şəxin görüntüləri anbaan kameralar tərəfindən qeyd edilib.
Məlumat üçün deyək ki, hazırda Türkiyənin Manavqat rayonunda 4 müxtəlif nöqtədə yanğınlar davam edir. Bu günə qədər 130-dan çox yanğın nəzarətə alınıb.

DİGƏR XƏBƏRLƏR

Top