Polşada COVID-19 peyvənd mərkəzi yandırıldı


Polşanın Zamosk şəhərində COVID-19 peyvənd mərkəzi və dövlət sağlamlıq və epidemiologiya stansiyası naməlum şəxs tərəfindən yandırılıb.
Yeniavaz.com
xarici KİV-ə istinadən məlumat verir ki, bu barədə Zamosk polis rəisi məlumat verib. Onun sözlərinə görə, yanğının törədilməsi mərkəzin təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Görüntülərdə bir nəfər velosipedli şəxsin mərkəzə yaxınlaşdığı və zirzəminin şüşəsini sındırdığı görülür. Daha sonra isə o, mərkəzi yandırıb. Mühafizəçilər gəlməmiş hadisə yerindən qaçan şəxs daha sonra Zamoskun sağlamlıq və epidemiologiya stansiyasına hücum edib.
Sözügedən şəxs hələ saxlanılmayıb. Hadisənin təfərrüatları araşdırılır.

 

DİGƏR XƏBƏRLƏR

Top